Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yeni F-16 təyyarələri alması məsələsinə ABŞ prezidenti Co Baydenin müsbət yanaşdığını müşahidə edib.
Trend xəbər verir ki, Türkiyə lideri bunu bazar günü İtaliyanın paytaxtı Romada keçirilən G20 sammitinin yekununda deyib.
“Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcüd olan məsələləri ən yaxşı həll yollarını müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi”, – deyə Ərdoğan vurğulayıb.