Yunan-Roma güləşçilərimizin U-23 dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib

Noyabrın 1-də Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürəcək.

Trend xəbər verir ki, oktyabrın 31-də yunan-Roma güləşində bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Millimizin üzvlərindən Nihad Quluzadə (55 kq) İxtiyar Botirov (Özbəkistan) – Poya Dad Marz (İran) cütünün qalibi ilə, Həsən Məmmədli (63 kq) Korneliu Rusu (Moldova), Həsrət Cəfərov (67 kq) meksikalı Dieqo Martines, Ülvü Qənizadə (72 kq) Qırğızıstan təmsilçisi Liqilik Satimkul, Qurban Qurbanov (77 kq) bolqarıstanlı Zlatomir Emilov, Məhəmməd Əhmədiyev (87 kq) Mario Vukoviç (Serbiya), Sərxan Məmmədov (130 kq) Çili güləşçisi Dieqo Almendras ilə qarşılaşacaq.

Teqlər: