“Real Madrid” 35-ci dəfə İspaniya çempionatının qalibi oldu

Bu gün futbol üzrə İspaniya çempionatının 34-cü turu
çərçivəsində “Real Madrid” öz meydanında “Espanyol”u qəbul
edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı
qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Rodriqo (33-cü və 43-cü
dəqiqələr), Marko Asensio (55) və Kərim Benzema (81) vurublar.

Bu qələbədən sonra “Real Madrid”in xallarının sayı 81-ə çatıb.
Kral klubunun turnir cədvəlində ən yaxın izləyicisi “Sevilya”nın 64
xalı var və çempionatın yekunlaşmasına qədər “Real Madrid”i keçmək
şansı yoxdur.

Bu səbədən “Real Madrid” vaxtından əvvəl İspaniya çempionatının
qalibi olub.

Teqlər: