Real Madrid 2:3 Barselona

Real Madrid 2:3 Barselona

Bu gecə bütün dünyanın diqqəti Madridə yönəlmişdi. İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da əzəli rəqibi “Barselona”nı qəbul edib. Oyuna marağı artıran məqamlardan biri də komandaların qonşu pillələrdə qərarlaşması idi. Gərgin və maraqlı keçən qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə “Barsa” həm də liderliyi “Real”dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik “Real” isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var. Qeyd edək ki, Lionel Messi “Barselona”da 500-cü qolu vurdu.

“Real” 2:3 “Barselona”
Qollar: Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2), Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
Qırmızı vərəqə: Serxio Ramos, 77 (“Real”)