“Real” futbolçuları Ronaldo ilə görüşdü – Video

“Real” futbolçuları Ronaldo ilə görüşdü – Video

Madridin “Real” klubunun futbolçuları Vinisius Junior və Rodriqo, həmçinin baş məşqçisi Karlo Ançelotti Səudiyyə Ərəbistanında Kristiano Ronaldo ilə görüşüblər.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Onlar Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduzla xatirə şəkli çəkdiriblər.

Karlo Ancelotti hesab edir ki, Ronaldo “Ən-Nəsr”ə keçməkdə düzgün qərar verib.

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Teqlər: