Reabilitasiya Mərkəzlərində beynəlxalq qiymətləndirmə şkalasının tətbiqinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
Reabilitasiya Mərkəzlərində 10 beynəlxalq qiymətləndirmə şkalasının
(Ashworth, Morze, Beck Depression Inventory, Covy Anxiety və s.)
tətbiqinə başlanıb.

Şkalalar əsasında qiymətləndirmə klinik praktikada şəxsin
əlillik vəziyyətini daha yaxşı müəyyən etməyə, əlilliyi olan
şəxslərin ehtiyaclarına uyğun tibbi və sosial-psixoloji
reabilitasiya proqramı tərtib olunmasına imkan verir.

Bu da fəaliyyətin multidissiplinar komanda şəklində qurulması
ilə göstərilən xidmətdən maksimal effektiv nəticə alınmasını,
reabilitasiya sisteminin biopsixososial modelin tələblərinə uyğun
qurulmasını təmin edir.

Teqlər: