Raziyə hədiyyə edilən lüks maşın darmadağın edildi – Foto

Raziyə hədiyyə edilən lüks maşın darmadağın edildi – Foto

Tanınmış model Razi Əliyevanın “Mersedes” markalı avtomobili yararsız hala salınıb.

AzerTimes xəbər verir ki, bu barədə “İnsanoid” Teleqram kanalı məlumat yayıb.

İddi edilib ki, lüks avtomobili bu hala Ziya Hüseynzadə salıb.

İlkin məlumata görə, Hüseynzadə modelə hədiyyə etdiyi 220 min manat dəyərində avtomobili ondan geri tələb edib. İstədiyini əldə edə bilməyən Z.Hüseynzadə bu əməli törədib.

Faktlarla bağlı bir neçə maddələr üzrə cinayət işi başlanılıb. Hüseynzadə istintaq zamanı 4 ay müddətinə həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər: