Rayonlarda kirayə evlərin qiyməti bahalaşır

Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da
artır. Bu isə həmin ərazilərdə kirayə evlərin qiymətində artıma
səbəb olur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert
Ramil Osmanlı bildirib ki, yaya doğru turizm potensialına malik
rayonlarda kirayə mənzillərin bahalaşması qaçılmaz olacaq.

Onun sözlərinə görə, hər il öncəki illə müqayisədə turizm
bölgələrinə turist axını artır:

“Bəzi turistik rayonlarda hotellərin sayı azdır. Belə hallar
fərdi evlərin günlük kirayə qiymətlərinin artmasına səbəb
olur”.

R.Osmanlı qeyd edib ki, yerli və xarici turistlərin ən çox üz
tutduğu Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Quba-Xaçmaz və
respublikanın cənub rayonlarıdır:

“Hazırda həmin rayonların kəndlərində kirayə verilən ikiotaqlı,
orta şəraiti olan evin günlük qiyməti 40 manatdan başlayır. Yay
aylarında isə bu qiymətlər bahalaşır. 50 manata ev tapmaq belə
mümkün olmur. Həmin bölgələrdə elə evlər var ki, onların günlük
qiyməti şəraitindən aslı olaraq 300 manatdan başlayır. Qiymətlərə
təsir edən əsas amillərdən biri də həmin rayonların paytaxta nə
qədər yaxın olmasıdır”, – deyə o əlavə edib.

Teqlər: