Rauf Əliyev İdman TV-nin kollektivini təbrik edib

İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbbüsü ilə Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin nəzdində yaradlımışdır.

Kanal 2009-cu ilin fevral ayının 1-dən fəaliyyətə başlamışdır. “İdman” telekanalı fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizdə aparılan idman siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edir. Yeniyetmələrin, gənclərin və cəmiyyətimizin bütün üzvlərinin idman və bədən tərbiyəsinə maraqlarının artırılmasında telekanal öz töhfələrinini verir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atiletika və digər idman vövləri üzrə beynəlxalq yarışları izləməyə imkan yatatmışdır. İdman TV bu günə kimi Azərbaycan milli futbol komandasının , Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin , UEFA Supperkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya Oyunlarının, 2015 Avropa Oyunlarının və digər mühüm beynəlxalq oyunları yayımlamışdır.

İdman TV-ni fəaliyyətə başladığı gün münasibəti ilə telekanalın rəhbərliyini, bütün kollektivi təbik edir, bu mühüm işlərində yeni-yeni uğurlar arzu edirəm.


Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: