Ranqnik Azərbaycanla matçdan danışdı: Güclü komanda…

Ranqnik Azərbaycanla matçdan danışdı: Güclü komanda…

Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik.

AzerTimes xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisinə qarşı keçirəcəkləri Avro-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“İlk dəfə qarşıda favorit olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq”, – Ranqnik bildirib.

Qeyd edək ki, sabah “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Teqlər: