Ramil Usubov Gürcüstanda səfərdədir

Ramil Usubov Gürcüstanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Gürcüstanda səfərdədir.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

R.Usubov Tiflisə səfəri çərçivəsində Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Məlumata görə, tərəflər iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Söhbət zamanı həmçinin regionda cari hadisələr və təhlükəsizlik sahəsindəki məsələlərə də toxunulub.

Teqlər: