Ramazanın 6-cı gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının altıncı günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da Bakıda imsak saat
04:49-də, iftar isə saat 19:24-dədir.

Ramazan ayının 6-cı gününün duası:

“Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la
təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik.
Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin”.

Tərcüməsi:

“İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay
etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə
səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and
verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: