Bu gün Ramazan ayının 29-cu günüdür.
AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat
04:07-də, iftar isə saat
19:34-dədir.
Ramazan ayının 29-cu gününün
duası:
“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə
vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən
bi-ibadihil-mu-minin”.
Tərcüməsi:
“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə
qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından
təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”
Allah orucunuzu qəbul etsin!