Ralli maşını tamaşaçılara çırpıldı: ölənlər var

Ralli maşını tamaşaçılara çırpıldı: ölənlər var

Macarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.

Hadisə yerinə 8 təcili yardım maşını və 4 helikopter göndərilib.

Teqlər: