Rafiq Savalan vəfat etdi

Rafiq Savalan vəfat etdi

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) proqram baş redaksiyasının sabiq baş redaktoru Rafiq Savalan 83 yaşında vəfat edib.

Bu barədə AzerTimes-a AzTV-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Rafiq İmanqulu oğlu Ağayev 1940-cı il dekabrın 1-də Bakı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir, kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışıb. Həmçinin “Səhər” proqramının baş redaktor müavini vəzifəsində işləyib.

Rafiq Savalan həm də ədəbi fəaliyyətlə məşğul olub. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Rafiq Savalan 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1976-cı ildən Jurnalistlər Birliyinin üzvü və Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı laureatı olub.

Allah rəhmət eləsin!

Teqlər: