Azərbaycanın beşqat dünya və on bir dəfə Avropa çempionu Rafael Ağayev “Karate Combat” turnirində üçüncü döyüşünü keçirəcək.
AzerTimes xəbər verir ki, onun rəqibi Fransa karateçisi Deyvi Dona olacaq. Döyüş iyunun 25-də ABŞ-ın Orlando şəhərində baş tutacaq və ilk dəfə canlı yayımlanacaq.
Azərbaycanın digər karateçisi, ötən mövsüm (üçüncü mövsüm) bu turnirdə kəmərə sahib çıxmış Şahin Atamov isə çempionluq titulunu qorumaq üçün mübarizə aparacaq. O, yerli idmançı Ross Levinlə münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Rafaelin döyüşü gecənin səkkizinci, Şahininki isə onuncu döyüşü olacaq.
Qeyd edək ki, Deyvi Dona Rafael Ağayevə yaxşı tanışdır. O, 2016-cı ilin yanvarında Fransanın paytaxtı Parisdə keçirilmiş Açıq turnirdə Rafaeli qaydadan kənar zərbə ilə nokauta salmış və bununla da yarışdan uzaqlaşdırılmışdı. Dona illər sonra Rafaeldən qisasını almaq üçün “Karate Combat”a müraciət edib. Təşkilatçılar bu döyüşün maraqlı olacağını nəzərə alaraq buna razılıq veriblər.