Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxıb.
AzerTimes xəbər verir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.
Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.
Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.