“Rabitəbank”dan yüksək keşbekli Əməkhaqqı kartı!

“Rabitəbank”dan yüksək keşbekli Əməkhaqqı kartı!

“Rabitəbank” ASC Kartmane Əməkhaqqı kartları ilə biznes müştərilərinə bir çox üstünlüklər təqdim edir. Təşkilatlar və müəssisələr tərəfindən əməkdaşların adına açılan bu plastik kartlar əməkhaqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin müəssisə tərəfindən rəqəmsal kanallar üzərindən karta köçürülməsi vaxt və xərclərə qənaət edilməsinə imkan yaradır.

Kartmane Əməkhaqqı kartları təşkilatlar və müəssisələrə, eyni zamanda əməkdaşlarına rahatlıq və bir çox imtiyazlar təklif edir:

İnternet Bankçılıq platforması üzərindən rahat sifariş

İnternet Bankçılıq platforması üzərindən bir əməliyyatla əməkhaqqının surətli və istənilən zaman ödənilməsi;

Rabitəbank kartları arasında pulsuz kartdan-karta əməliyyat;

Kartdakı aylıq minimum qalığa illik 4% depozit gəliri;

Nağdsız əməliyyatlarda 10%-dək keşbek;

500-dək tərəfdaşdan 40%-dək keşbek;

Ölkənin bütün ATMlərində komissiyasız nağdlaşdırma imkanı;

Əməkdaşlar üçün özəl şərtlərlə rahat və sürətli kredit və daha çoxu.

Rabitəbankın Əməkhaqqı kartları haqqında ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: http://rbt.az/kartmane-emekhaqqi.

Rabitəbankın İnternet Bankçılıq xidməti ilə banka getmədən və növbə gözləmədən əməkhaqqı layihəsinə qoşula, habelə əməkhaqqı kartlarını onlayn qaydada sifariş edə bilərsiniz: https://rbt.az/ib-emekhaqqi

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Teqlər: