Mərakeş Krallığının paytaxtı – Rabat şəhəri 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı olacaq.
Trend xəbər verir ki, bunu Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) baş direktoru Salem bin Məhəmməd əl-Malik Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd Mehdi Bensaid ilə görüşündə deyib.
Baş direktor bildirib ki, Rabatın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi qarşıya böyük vəzifə qoyur. O qeyd edib ki, təşkilatın mənzil qərargahı elə bu şəhərdə yerləşir.
Mərakeşli nazir öz növbəsində bildirib ki, bu qərar pospandemiya dövründə yerli və milli səviyyədə mədəni canlanmaya töhfə verəcək.