Qvatemala sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puerto-San-Xose şəhərindən 46 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
“Reuters” agentliyi bildirir ki, yeraltı təkanlar episentrdən şimal-şərqdə yerləşən paytaxtda da hiss edilib.