Avropa çempionatı: Şahmatçılarımızın Ermənistan komandası ilə qarşılaşması heç-heçə ilə başa çatıb

Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda kişilərdən ibarət komandamızın Ermənistan şahmatçıları ilə qarşılaşması 2:2 hesabı elə başa çatıb.

AzerTimes xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Nicat Abbasov Samvel Ter-Sahakyan, Rauf Məmmədov isə Robert Hovanisyan ilə heç-heçə ediblər.

Qadın şahmatçılarımızın İtaliya yığması ilə mübarizəsi davam edir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Teqlər: