Quterreşdən taxıl müqaviləsi ilə bağlı çağırış…

Quterreşdən taxıl müqaviləsi ilə bağlı çağırış…

Taxıl sazişinin müddəti martın 18-dən sonra uzadılmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə bildirib.

O qeyd edib ki, Rusiya və Ukraynadan gübrə və taxıl ixracı dünyanın ərzaq təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb edir.

Quterreşin sözlərinə görə, taxıl müqaviləsi çərçivəsində Ukrayna limanlarından 23 milyon ton taxıl ixrac edilib.

Teqlər: