BMT Baş katibi Antonio Quterreş Xirosima faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə çıxışı zamanı nüvə zərbəsini həyata keçirən ölkə kimi ABŞ-ı xatırlatmalı idi.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Quterreş çıxışı zamanı nüvə silahlarının mənasız olduğunu qeyd edib və bütün nüvə güclərini onlardan istifadə variantından imtina etməyə çağırıb.
“Hörmətli Baş katib, həmçinin dünya unutmasın ki, bu cinayəti törədən ABŞ olub və heç bir hərbi zərurət olmadan mülki əhaliyə qarşı atom bombasından istifadə edən yeganə ölkədir. Bunu bəyanatlarınızda da qeyd etsəniz, düzgün olardı”, – deyə o, Tvitterdə bildirib.