İsrail müdafiə nazirindən Qəzza ilə bağlı əmr…

İsrail müdafiə nazirindən Qəzza ilə bağlı əmr…

İsrailin müdafiə naziri Benni Qantz hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə vəziyyətin növbəti qiymətləndirilməsini həyata keçirib və Qəzza zolağı və İordan çayının qərb sahilində əməliyyat tədbirlərini davam etdirməyi tapşırıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, İsrail iki gün öncə Qəzzada “İslami Cihad” qruplaşmasına qarşı əməliyyatlar başladıb.

Teqlər: