Quterreş Pxenyanın raket buraxılışını pislədi

Quterreş Pxenyanın raket buraxılışını pislədi

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Bu, baş katibin qınadığı açıq eskalasiyadır”, – Düjarrik deyib.

Bundan əlavə, ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.

Qeyd edək ki, bu ilin əvvəlindən Şimali Koreya 23 dəfə raket sınağı həyata keçirib.

Teqlər: