Quterreş Ərdoğan, Putin və Zelenskiyə bu təklifi göndərdi

Quterreş Ərdoğan, Putin və Zelenskiyə bu təklifi göndərdi

BMT-nin Baş katibi Antonio Quterreş Türkiyə, Rusiya və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Vladimir Zelenskiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi təklifləri ilə bağlı məktublar göndərib.

AzerTimes xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarik məlumat yayıb.

O bildirib ki, açıq ticarəti, qida axınını və daşımaların təhlükəsizliyini qorumaq üçün bütün tərəflərlə müzakirələr aparılır.

Düjarrikin sözlərinə görə, BMT Qara dənizdə kommersiya daşımalarının risklərini daha da azaltmaq üçün Türkiyə, Rusiya, Ukrayna və digər müvafiq tərəflərlə fəal əməkdaşlığı davam etdirir.

Teqlər: