Qusarda traktor yandı: xəsarət alan var

Qusarda traktor yandı: xəsarət alan var

Qusar rayonunun Əcəxur kəndində T-40 markalı traktorun yanar hissələri və qoşqusuna yığılan 3,7 ton ot bağlaması yanıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: