Qusarda tonlarla narkotik tapıldı

Qusarda tonlarla narkotik tapıldı

Qusarda narkotik plantasiyası aşkarlanıb.

Polis şöbəsinin Şahdağ bölməsinin əməkdaşları Dövlət Gömrük Komitəsinin Hüquq pozmalarına qarşı Mübarizə Şöbəsinin əməkdaşları birgə Qusar rayonunun dağlıq ərazisində əməliyyat keçiriblər.

Plantasiyada aşkar edilən hind çətənəsi kimi tanınan narkotik maddənin çəkisinin bir neçə ton olduğu bildirilir.

Qusar polis şöbəsinin Şahdağ bölməsinin rəisi Səbuhi Rüstəmov faktı təsdiqləyərək əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.