Qusarda maşın dərəyə aşdı

Qusarda maşın dərəyə aşdı

Qusarda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Köhnə Xudat kəndi ərazisində baş verib. İmamqulukənd istiqamətinə gedən Vaz 21115 markalı avtomobil qəfildən ağaca dəyərək 2 metr dərəyə aşıb. Nəticədə avtomobildəki sərnişin, Gədəzeyxur kənd sakini 38 yaşlı Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatının xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.