Qusarda ər arvadını öldürdü

Qusarda ər arvadını öldürdü

Qusar rayonunda meyt tapılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb.

Belə ki, Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Rauf qızı Əlifxanova yaşadığı evdə ölü tapılıb.

İlkin məlumata görə, E.Əlifxanova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən öldürülüb.

Onun ölümündə şübhəli bilinən həyat yoldaşı Zedik Muxtar oğlu Əlifxanov saxlanılıb.

Ellada Əlifxanovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: