Qusarda bir ailənin 5 üzvü evdə ölü tapılıb, cinayət işi açıldı

Xəbər - Samir Əli – Trend:

Qusarda bir ailənin 5 üzvünün ölümü ilə bağlı cinayət işi
başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilir ki,
fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən
çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il
təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova
və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil
olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin
iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin
dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.


Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin
314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

Teqlər: