Azərbaycanın Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləyirik – ABŞ rəsmisi

Biz gələcəyə baxarkən iki ölkə arasında ticarət, təhsil və
mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz
kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın
enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq
qalırıq.

AzerTimes xəbər verir ki, bunu
ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və
Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü
münasibətilə keçirilən mərasimdə deyib.

“Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün
əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə
bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də
irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki,
tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq”, – deyə o qeyd
edib.

Teqlər: