Qusarda avtomobil aşdı, rabitə dirəyini aşırdı – Foto

Qusarda avtomobil aşdı, rabitə dirəyini aşırdı – Foto

Qusarda qəza törədən minik avtomobili rabitə xətlərinə ziyan vurub.

AzerTimes xəbər verir ki, “Mersedes” markalı minik avtomobili rayon mərkəzindən Balaqusar kəndinə gedən yolda idarəetmənin itirilməsi nəticəsində aşıb.

Qəza zamanı xəsarət alan olmasa da su kanalına düşən avtomobil rabitə və yeni çəkilən internet xətlərinin dirəklərini aşırıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: