Qusarda avtomobil aşdı, ata və oğul yaralandı

Qusarda avtomobil aşdı, ata və oğul yaralandı

Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri – 1970-ci il təvəllüdlü Burzu Taciddin oğlu Osmanov və 2005-ci il təvəllüdlü Nəriman Burzu oğlu Osmanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: