Xaçmaz rayonunun Qusarçay kəndində şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.
AzerTimes-ın məlumatına görə, 8 noyabr Zəfər Günü ərəfəsində sözügedən kompleksin açılışı olub. Rayon sakini, sahibkar Xanlar Eldarovun təşəbbüsü ilə inşa olunan abidə-bulaq kompleksi müasirliyi ilə seçilir.
Açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirakçıları Zəfər Günü müansibətilə təbrik edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan tarixi qələbədən danışıb.
Sahibkar Xanlar Eldarov bildirib ki, Qusarçay kəndindən doqquz igidi şəhidlik zirvəsinə ucalıb və onların hər birinin adı yeni inşa olunan abidə-bulaq komleksində əbədiləşdirilib.
Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Qusarçay kənd sakinləri iş adamı Xanlar Eldarova göstərdiyi nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.