VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Aşağı Gövxar Ağa məscidində olublar (FOTO)

Şuşa. Trend:

VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Şuşa şəhərindəki Aşağı Gövxar Ağa məscidində olublar.

Qeyd edək ki, noyabrın 7-də VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada “Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib. İclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.

İ.Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib. O, ətraf mühitin qorunması və biomüxtəlifliyin zənginliyi ilə yanaşı, mədəni irsin bərpası və qorunmasına investisiya qoyuluşunun əhəmiyyətindən danışıb.

Xatırladaq ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Teqlər: