“Qurdlar Vadisi Xaos” tezliklə…

“Qurdlar Vadisi Xaos” tezliklə…

Türkiyədə müəyyən dönəmdə reytinq rekordları qıran və hələ də böyük izləyici kütləsinə sahib “Qurdlar Vadisi” teleserialının yeni seriyaları yayımlanacaq.

AzerTimes xəbər verir ki, “Qurdlar Vadisi Xaos”un nə zaman yayımına başlanılacağı açıqlanmayıb.

Ekran əsərində yenə baş rol – Polad Ələmdarı aktyor Necati Şaşmaz canlandıracaq.

Serialda yer alacaq aktyorlar hələ ki, rəsmi açıqlanmasa da, Şaşmazla yanaşı, Cahid Kayaoğlu, Defne Samyeli, Ərhan Ufak kimi adların olacağı söylənilir.

Yeni bölümlərin Acun Ilıcalının sahibi olduğu “Exxen” platformasında yayımlanacağı iddia edilir.

Teqlər: