Qurbanovdan etiraf: Zəif oynadıq…

Qurbanovdan etiraf: Zəif oynadıq…

Birbaşa deyə bilərəm ki, zəif oynadıq.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Azersun Arena”da “Zirə” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, gözlənilən səviyyədə oynamamalarının müəyyən səbəbləri var:

“İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane olub. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi”.

Teqlər: