Qurbanov “Qarabağ”ın rəqiblərini belə şərh etdi

Qurbanov “Qarabağ”ın rəqiblərini belə şərh etdi

İddialı bir qrupa düşmüşük. Birbaşa görünür ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı olacaq.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

“Frayburq” və “Nant” ilk “5-lik” ölkələrinin komandalarıdır. “Olimpiakos” isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik”, – Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, qrup mərhələsindəki matçlara sentyabrın 8-də start veriləcək.

Teqlər: