Qurbanov Eminə hər mövsüm təklif verir?

Qurbanov Eminə hər mövsüm təklif verir?

Sosial şəbəkələrdə “Qarabağ” futbol klubunun məşqçisi Qurban Qurbanovun hər mövsüm “Neftçi” klubunun yarımmüdafiəçisi Emin Mahmudova “Qarabağ”a transfer olunması ilə bağlı təklif etdiyi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev xəbəri təkzib edib.

“Əgər futbolçunun klubla kontraktı varsa, heç bir klub futbolçuyla birbaşa əlaqə qura bilməz. Emin Mahmudova gəldikdə isə, bu vaxta qədər ona nəinki “Qarabağ”, heç digər klublardan da təklif gəlməyib”, – Rüstəm Allahverdiyev deyib.

Teqlər: