Qurbanov “Beşiktaş”ın siyahısında – Rəsmi

Qurbanov “Beşiktaş”ın siyahısında – Rəsmi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçisi postuna namizədlərdəndir.

AzerTimes Futbolpress.az-a istinadən xəbər verir ki, bu barədə “qara qartallar”ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür “ARB 24” kanalına açıqlamasında deyib.

O, Qurbanovun namizədlər siyahısında yer aldığını bildirib:

“Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. “Beşiktaş” Fernando Santuşda axtardığını tapa bilmədi. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür.Əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar” – klub rəsmisi bildirib.

Qeyd edək ki, “Beşiktaş” baş məşqçi Fernandu Santuşla yolları ayırıb.

Teqlər: