Qurbanov “Bayer”lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq!

Qurbanov “Bayer”lə oyundan danışdı: Yaxşı hazırlaşmışıq!

Çox vacib matçdır və bizə böyük dəstək var. Bakıda futbol ab-havası var. Bizim üçün məsuliyyətli qarşılaşmadır.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bu rəqibə qarşı mübarizə aparmağın xoş olduğunu bildirib:

“Belə klublardan böyük təcrübə yığırıq. Görüşə pis hazırlaşmamışıq. İnanıram ki, oyunçular ən yaxşı çıxışlarından birini göstərəcəklər. 90 dəqiqə matçın içində olmaq, düşünmək vacibdir”.

Teqlər: