Qurban Qurbanov tarixi zəfəri şərh etdi

Qurban Qurbanov tarixi zəfəri şərh etdi

Ürəyimdə çox söz var. Bu insanların sevincinə çox sevinirəm. Hər birinə çox təşəkkür edirəm! Həqiqətən bu gün futbolçular böyük xarakter göstərdilər.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa” üzərində tarixi zəfəri şərh edərkən deyib.

“Son vaxtlar müharibə dövründə Ali Baş komandan Prezident İlham Əliyevin güclü çıxışları vari idi. Başda prezident olmaqla bütün qalib xalqımı təbrik edirəm. Futbolçulara da təşəkkür edirəm ki, əsl azərbaycanlı kimi vuruşdular”, – Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə Avropa Liqasının növbəti mərhələsinə – 1/8 finala yüksəlib.

Teqlər: