Qurban Qurbanov “Gent”in oyununu izlədi

Qurban Qurbanov “Gent”in oyununu izlədi

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika çempionatında növbəti oyununa çıxıb.

AzerTimes xəbər verir ki, komanda 20-ci turda “Kotriyk”lə qarşılaşıb. Oyun “Gent”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşü izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub.

Bu qələbədən sonra “Gent” turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib. “Kotriyk” isə 18 xalla 15-cidir.

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Teqlər: