Qurban milliyə baş məşqçi kimi gəlməz, mən də olsam gəlmərəm

Qurban milliyə baş məşqçi kimi gəlməz, mən də olsam gəlmərəm

Mən milliyə yerli məşqçi götürərdim. Qurban Qurbanov gəlməz, mən də olsam gəlmərəm.

AzerTimes xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, baş məşqçisiz qalan Azərbaycan milli komandasının “sükanı arxası”nda görmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb:

“Amma boşda olan məşqçilərimiz, cavab kadrlarımız var. Rəşadımız, Ayxanımız, Samirimiz, Tərlanımız var. Xarici vətəndaşlardan nəzərə alsaq, mən Kaxaber Sxadadzeni deyərəm. Çünki bizim çempionatı, futbolçuları tanıyan adam olmalıdır ki, kimi çağıracağını bilsin. Yoxsa köməkçiyə həvalə eləsin getsin. Elə köməkçini baş məşqçi qoyaram da. Yalandan o qədər pulları niyə ona verirəm”.

Musayev bildirib ki, hazırda yığmaya namizəd futbolçuların sayı da artıb:

“Amma bu gün üçün baş məşqçi işi əvvəlki 5 ildən yaxşıdır. Qurbanovun vaxtında elə də futbolçular yox idi. Amma bu gün baxırsan “Neftç”nin azərbaycanlı qapıçısı bilmirəm kimdir, sevdim o uşağı. Tərbiyəli də uşaqdır, sevindim. Bu dəqiqə futbolçularımız var. Yaxşı məşqçi, yaxşı psixoloq lazımdır. Vətənpərvər əhval-ruhiyyəni qaldırmaq və futbolsevərləri sevindirmək lazımdır”.

Teqlər: