Avropanın ən çox qida çəhsulları istehsal edən ölkəsi olan
Fransada rekord quraqlıq müşahidı olunur.
Trend yerli
KİV-lərə istinadla xəbər verir ki, ölkədə ardıcıl 50 gündür ki,
yağış yağmır. Bütün kənd təsərrüfatı sahəsi misli görünməmiş bir
fəlakət astanasındadır.
Problemə hətta ölkə prezidenti Emmanuel Makron toxunub.
“Bəli, böhran olacaq, ərzaq qıtlığı olacaq, biz bunu başa
düşürük. Hələ il yarım vaxtımız var, sonra bu baş verəcək”, –
Makron bildirib.
Lakin fransız iqtisadçıları bunun daha tez baş verə biləcəyini
istisna etmirlər.
“Məhsulun itkisi böyük itki olacaq. Bu çörəyin qiymətinə və
bütün qida zəncirinə kəskin şəkildə təsir edəcək. Düşünürəm ki,
artıq yayda ciddi problemlərlə üzləşəcəyik”, – Fransanın şimalının
aqrar-sənaye komitəsinin rəhbəri Kristian Durlin bildirib.
Ərzaq və su çatışmazlığı təhlükəsi fonunda hakimiyyət
qazonların, həyətyanı sahələrin və şəxsi bağların suvarılmasını
qadağan edib.