“Quranı” yandırmaq icazəsi qanuni olsa da… – Kristersson

“Quranı” yandırmaq icazəsi qanuni olsa da… – Kristersson

İsveç polisinin “Quranı” yandırmaq icazəsi qanuni olsa da, yersizdir.

AzerTimes xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Eyni zamanda, o, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Onun sözlərinə görə, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır.

Qeyd edək ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında “Quran”ın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar.

Teqlər: