Daşkəsəndə ağır qəza: yaralılar var

Daşkəsəndə ağır qəza: yaralılar var

Daşkəsən rayon Bayan kəndində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, VAZ-21015 və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü N.Abbaszadə, 1995-ci il təvəllüdlü Y.Bədəlov və qardaşı, 1963-cü il təvəllüdlü K.Bədəlov xəsarət alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: