Qumda geyimə qarışan 4 molla döyüldü

Qumda geyimə qarışan 4 molla döyüldü

Dekabrın 18-də İranın Qum şəhərində 4 molla soyuq silahla hücuma məruz qalıb.

AzerTimes xəbər verir ki, bu haqda Tibb Universitetinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Din xadimlərinin vətəndaşların geyim tərzlərinə irad bildirməsi, onları təhqir etməsi səbəbindən döyüldüyü bildirilir.

Məlumata görə, mollalardan ikisi ambulator müalicədən sonra evə buraxılıb, ikisi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xüsusilə son illərdə İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda öldürülmələri ilə nəticələnib.

Teqlər: