Qum fırtınası səbəbindən İraqda məktəblər bağlanıb, uçuşlar təxirə salınıb

İraqda güclü qum fırtınası səbəbindən bəzi dövlət məktəbləri,
ofislər bağlanıb, Bağdad Beynəlxalq Hava Limanında uçuşlar
dayandırılıb.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, paytaxt Bağdadda, səhiyyə
xidmətləri istisna olmaqla, dövlət qurumlarında istirahət günü elan
edilib.

Yerli səhiyyə orqanlarının məlumatına görə, paytaxt və ölkənin
cənubunda yüzlərlə insan nəfəs almaqda çətinlik problemi ilə
xəstəxanalara müraciət edib

Bağdad Beynəlxalq Hava Limanından yaydığı açıqlamada, görmə
məsafəsinin aşağı olması səbəbindən hava məkanını bağladığını və
bütün uçuşları növbəti bildirişə qədər dayandırdığını bildirib.

BMT-nin məlumatına görə, İraq iqlim böhranından əziyyət çəkən
ölkələr sırasında beçincidir. Quraqlıq və həddindən artıq yüksək
temperatur əkin sahələrini qurudur və İraqın böyük bir hissəsini
yay aylarında yaşamaq üçün çətin vəziyyətə salır.